Bazar , 28 Aprel 2024
Drone Cameras

NATO və İran HƏMAS-la İsrail arasında silahlı toqquşmaya münasibət bildirib

NATO və İran rəsmiləri HƏMAS-la İsrail arasında baş verən silahlı toqquşmaya münasibət bildiriblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Alyans Baş katibinin müavini Mirça Coane deyib: “Bu gün mən israilli dostlarımızla birlikdə insan itkisinə görə məyusam. Dəhşətli hücumlar qarşısında İsraillə tam həmrəyəm”.

O, bir neçə həftə əvvəl İsraildə olduğunu və NATO ilə bu ölkə arasında əməkdaşlığın yeni səviyyəsini müzakirə etdiklərini söyləyib.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi isə vurğulayıb ki, Tehran HƏMAS-ı dəstəkləyir və bu əməliyyata görə ona təşəkkür edir: “Biz Qüdsün azadlığı uğrunda fələstinli mübarizlərlə çiyin-çiyinə dayanacağıq”.

Check Also

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. Boyukmillet.com xəbər verir ki, bu …