“Yanvarın 29-da Naxçıvanda biznes forum keçiriləcək və həmin vaxt yeni dəmir yol xətti işə salınacaq”. “Report” xəbər verir ki, bunu Azərbaycan-İran iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilən XI iclasında çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
“Naxçıvan-Məşhəd-Naxçıvan qatarı vasitəsi ilə 15 mindən çox sərnişin daşınacaq”, – deyə nazir əlavə edib.
Ş.Mustafayevin sözlərinə görə, gələn ilin əvvəllərində Azərbaycan iş adamları Təbrizə səfər edəcəklər: “İranın 400-dən çox şirkəti indiyədək Azərbaycana 1 mlrd. dollardan çox investisiya yatırıb”.
Check Also
Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib
Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …