Cümə , 27 Fevral 2026
Drone Cameras

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Aprelin 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Boyukmillet.com-a bildirilib ki, Ali Məclisin Sədri qonağı salamlayıb, Naxçıvan Muxtar Respublikasının ərazisi, sərhədləri, idarəetmə quruluşu və iqtisadi inkişafı haqqında ətraflı məlumat verib. Blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublikada kənd təsərrüfatı və sənayenin inkişaf etdiyini, enerji və ərzaq təhlükəsizliyinin təmin olunduğunu bildirən Ali Məclisin Sədri yerli istehsalın və ixracın həcminin artırılması sahəsində görülən işlərdən danışıb. Yaşayış məntəqələrinin sürətli internetlə və rabitə xidməti ilə təmin olunduğunu bildirən Ali Məclisin Sədri elm, nəqliyyat və təhsil müəssisələrinin fəaliyyətinə toxunub, turizm potensialını diqqətə çatdırıb.

Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Tacikistan arasında əlaqələrin inkişafı üçün imkanların olduğunu vurğulayıb və səfərin əhəmiyyətini qeyd edib.

Səfir Rüstəm Soli səmimi görüşə görə minnətdarlıq edib, Naxçıvanda olmaqdan məmnunluq duyduğunu bildirib. Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərindəki muzeyi ilə tanışlığın onda dərin təəssürat yaratdığını qeyd edən diplomat ölkələrimiz arasındakı əlaqələrin inkişafında Ulu Öndərin xidmətlərini xatırladıb, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafını vacib məsələ kimi dəyərləndirib.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir