Oktyabrın 15-16-da Naxçıvan şəhərindəki “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları – bal” festivalı keçiriləcək.
“Report” xəbər verir ki, məlumatı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yayıb.
Tədbirə muxtar respublikanın müxtəlif bölgələrindən 212 arıçı bal, arı südü, güləm, bəramum və digər məhsullar çıxaracaq. Festivalda münsiflər heyəti tərəfindən arıçılıq məhsullarının keyfiyyəti yoxlanılacaq və ilk üç yerə layiq görülən arıçılara qiymətli hədiyyələr veriləcək.
Qeyd edək ki, ötən il muxtar respublikada 70 min 396 baş arı ailəsi mövcud olub, 1396 ton bal istehsal edilib. Bu da 1995-ci ildəki müvafiq göstəricini 14,5 dəfə üstələyir.
Check Also
İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib
İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …
Boyukmillet.com Biz yanmasaq vətən yanar