Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Naxçıvan Diaqnostika Müalicə Mərkəzində humanitar tibbi aksiya başa çatıb

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikamıza gətirilməsi və aztəminatlı ailə¬lərdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.

Naxçıvan Diaqnostika Müalicə Mərkəzində humanitar tibbi aksiya başa çatıb

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BOYUKMILLET.COM -a verilən məlumata görə, Naxçıvan Diaqnostika Müalicə Mərkəzi Publik hüquqi şəxsində qurulmuş müasir tibbi avadanlıq və cihazlar, yaradılmış şərait burada müxtəlif müayinə və müalicə metodlarının tətbiqinə imkan verir.
Yaranmış ənənə cari ildə də davam etdirilir. Türkiyə Respublikası Hacəttəpə və Ankara Tibb universitetləri Endokrinologiya və metabolizma kafedrasında, həmçinin ABŞ-ın Georgiya ştatındakı Emori Universitetində təhsil almış, Türkiyə, ABŞ və Avropa Endokrinoloji Cəmiyyətinin üzvü endokrinoloq Rövşən Həsənovun rəhbərliyi ilə 12 nəfərlik yüksəkixtisaslı həkim heyəti yanvarın 14-dən Naxçıvan Diaqnostika Müalicə Mərkəzində iki günlük humanitar aksiyaya keçirib.

Naxçıvan Diaqnostika Müalicə Mərkəzində humanitar tibbi aksiya başa çatıb

Qastroenteroloq-endoskopist, travmatoloq-ortoped, neyrocərrah, terapevt, aritmoloq-invaziv-kardioloq, ümumi cərrah, uroloq-androloq, dermatoveneroloq və digər ixtisaslı həkimlər heyətdə təmsil olunublar.
Aksiya zamanı pasiyentlər kardiologiya, urologiya, endokrinologiya və digər xəstəliklər üzrə ödənişsiz tibbi müayinələrdən keçiriliblər. Xəstələrdə müşahidə olunan zob düyünlərinin biopsiyası və ultra¬son müayinələri aparılıb, şəkər xəstəlikləri və onların risk amilləri araşdırılıb, xəstələr həmçinin ortopedik-travmatoloji və psixiatrik müayinələrdən keçirilib, onlara tibbi məsləhət və tövsiyələr verilib. Aksiya müddətində 1085 nəfər ambulator müayinələrlə əhatə olunub.

Naxçıvan Diaqnostika Müalicə Mərkəzində humanitar tibbi aksiya başa çatıb

Cərrah uroloq-androloq Bəhruz Ağayev tərəfindən bir nəfər xəstə üzərində TUR – lazerlə prostat əməliyyatı icra olunub. Aritmoloq,invaziv kardioloq İsmayıl Göyüşov isə xəstə üzərində ötən il Naxçıvan Diaqnostika Müalicə Mərkəzində quraşdırılmış Almaniya istehsalı “SİEMENS ARTİS ZEE” markalı döşəmə tipli müasir angioqrafiya aparatı ilə koronar angioqrafiya müayinəsi aparıb. Xəstələr palatalara köçürülüb, birgünlük həkim nəzarətindən sonra təxliyyə olunublar.

Aksiyada iştirak edən muxtar respublika sakinləri onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək belə xeyirxah aksiyaların təşkilatçı və icraçılarına minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Diaqnostika Müalicə Mərkəzində humanitar tibbi aksiya başa çatıb

Tibbi müayinələrlə əhatə olunan 73 yaşlı şəhər sakini Fazil Qurbanov qeyd edib ki, belə aksiyaların təşkili əhalinin sağlamlığına göstərilən ən böyük qayğıdır. Növbəti aksiyada müayinələr nəticəsində müraciət edənlərin sağlamlıqları ilə bağlı problemlərinin aşkara çıxarılmasının, müalicələrinin təşkil edilməsinin şahidi oldum. Bakı şəhərindən gələn həkimlərdən Xanoğlan Qənbərov məni müayinədən keçirdi. Laborator təhlillər, elektrokardioqrafiya, ultrasəs müayinələrindən sonra müvafiq təyinatlar verdi. Hazırda müalicəm uğurla davam edir.
Keçirilən növbəti humanitar aksiyada, yerli həkim və orta tibb işçiləri də iştirak ediblər. Bu, onların peşə bacarığının yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Müasir müalicə metodlarının öyrənilməsi və tətbiqi üçün yüksəkixtisaslı mütəxəssislərin iş təcrübəsindən istifadə olunur.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …