Cümə axşamı , 13 Mart 2025
Drone Cameras

Naxçıvan Hərbi Prokurorluğunun yenidən təşkil olunmasına dair layihə qəbul olunub

Milli Məclis Naxçıvan Hərbi Prokurorluğunun yenidən təşkil olunması məsələsini üçüncü oxunuşda təsdiqləyib.

Boyukmillet.com-un xəbərinə görə, parlamentin bugünkü plenar iclasında “Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yeni təşkil olunması nəzərdə tutulur.

Dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur quruluşunun təkmilləşdirilməsinə səbəb olacaq.

Check Also

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb, hökumət hesabat verəcək

Milli Məclisin martın 14-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb. Boyukmillet.com xəbər verir ki, yığıncağın gündəliyinə …