Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Naxçıvan Muxtar Respublikasının məscidlərində bayram namazı qılınıb

Ramazan ayının başa çatması münasibətilə Naxçıvan Muxtar Respublikasında bayram namazı qılınıb.

“Report”un yerli bürosu xəbər verir ki, dini ayinlər Naxçıvan şəhərindəki Heydər, Sarvanlar, Came və Kazım Qarabəkir Paşa məscidlərində icra olunub. Həmçinin bayram namazı muxtar respublikanın digər rayonlarındakı məscidlərdə də qılınıb.

Namazdan sonra dualar oxunub.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Check Also

DTX-nin saxladığı tiktoker “Çevik”i hansı cəza gözləyir?

“Çevik” ləqəbi ilə tanınan tiktoker Məqsəd Bağırova Cinayət Məcəlləsinin 283-cü maddəsi ilə ittiham elan edilərək …