Şənbə , 7 Sentyabr 2024
Drone Cameras

Naxçıvan Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək

Bu ilin oktyabr ayında Naxçıvan şəhərində 16 yaşadək şahmatçılar arasında Ümumdünya Şahmat Olimpiadası keçiriləcək.

Boyukmillet.com-un Naxçıvan bürosu xəbər verir ki, olimpiada muxtar respublikanın Gənclər və İdman Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Qeyd edək ki, fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ümumdünya Şahmat Olimpiadasına hazırlıq işlərinin görülməsi və olimpiadada muxtar respublika şahmatçılarının iştirakını təmin edilməsi barədə Gənclər və İdman Nazirliyinə və Şahmat Federasiyasına müvafiq tapşırıqlar verib.

Check Also

Ədliyə Nazirliyinin qarşısında etiraz aksiyası

20 yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması ictimai birliyi, bu gün Ədliyə Nazirliyinin qarşısında, etiraz …