Çərşənbə axşamı , 28 May 2024
Drone Cameras

Naxçıvanda “ASAN İmza” sertifikatlarının verilməsi 3 dəfə artıb

Bu ilin may ayında istifadəyə verilmiş Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzi may-avqust aylarında 1 070 müraciət üzrə 1 844 “ASAN İmza” sertifikatı verib.

Boyukmillet.com xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,6 dəfə və 3 dəfə çoxdur.

Bundan başqa, hesabat dövründə Mərkəzdə 6 429 qəbul həyat keçirilib, vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu və vergi orqanlarında qeydiyyat, bəyannamələrin, cari vergi ödəmələrinin hesablanması və s. barədə 9 711 xidmət göstərilib. Bunlar da 1 il əvvələ nisbətən müvafiq olaraq 2 dəfə və 3 dəfə çoxdur.

Check Also

Vüqar Bayramov: “İri sahibkarlar arasında qadınlar azdır”

Azərbaycanda hər 5 sahibkardan 1-i qadın olsa da, iri sahibkarlar arasında qadınlar xeyli azdır. Boyukmillet.com xəbər …