Cümə , 17 May 2024
Drone Cameras

Naxçıvanda Qars müqaviləsinin 100 illik yubileyi qeyd olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncamına əsasən oktyabrın 27-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında beynəlxalq Qars müqaviləsinin 100-cü ildönümünə həsr olunan yubiley tədbiri keçirilib.

Boyukmillet.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Qars müqaviləsinin imzalanmasından 100 il ötür.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir”.

Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli yol keçib, gərgin siyasi mübarizələr meydanı olub, lakin bütün bunlara baxmayaraq xalqımızın zəngin tarixi-mədəni irsini və dövlətçilik ənənələrini qoruyub yaşadıb, ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatına mühüm töhfələr verib. Qars müqaviləsinin imzalanması və Naxçıvana muxtariyyət statusunun verilməsi də dövlətçilik tariximizdə vacib mərhələdir. Qars müqaviləsi böyük tarixi, hərbi-siyasi və diplomatik mübarizələrin məntiqi nəticəsidir. Ona görə də bu müqavilədən danışarkən, ilk növbədə onun hansı zərurətdən imzalanmasına və tarixi-siyasi əhəmiyyətinə diqqət yetirmək lazımdır.

Ali Məclisin Sədri deyib: Birinci dünya müharibəsi başa çatdıqdan və Çar Rusiyasının süqutundan sonra bölgədəki mövcud ictimai-siyasi vəziyyətdən istifadə edən ermənilər Naxçıvana qarşı əsassız ərazi iddialarına başlayıb, ardınca bolşevik-daşnak sövdələşməsinin nəticəsi olaraq Zəngəzur mahalı Ermənistana verilib və Naxçıvan ölkənin əsas ərazisindən təcrid olunub. Regionda marağı olan böyük dövlətlərin məsələyə ədalətsiz yanaşması isə mövcud vəziyyətdən istifadə edən erməniləri daha da fəallaşdırıb, onlar Naxçıvanda dinc əhaliyə qarşı kütləvi soyqırımlara başlayıblar.

Check Also

Samir Məmmədov: “Bakıda evlərin 90 %-nin genişzolaqlı fiberoptik internetə çıxışı var”

Bakıda evlərin 90 %-ə yaxını genişzolaqlı fiberoptik internetə çıxış eldə edə bilir. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal …