1926-cı il Bakı Türkologiya Konqresindən sonra ikinci belə dünya miqyaslı konqresə ev sahibliyini Astana edəcək. Prezident Nursultan Nazarbayev bununla bağlı xüsusi təşəbbüslə çıxış edib. N.Nazarbayevin rəsmi dövlət qəzeti “Egemen Qazaxıstan”da yayımlanan “Böyük Çölün yeddi özəlliyi” adlı geniş məqaləsində tarixi mirasa sahib çıxmaq məqsədi ilə “Türk siviliziyası: tarixdən bu günədək” adlı böyük layihənin gerçəkləşdirilməsinin zəruriliyi qeyd olunur. Bu layihə çərçivəsində 2019-cu ildə Astanada Dünya Türkologiya Konqresi və müxtəlif ölkələrin muzeylərində toplanan əsərlərin də yer alacağı, Türk xalqlarının mirasını əks etdirəcək Türk Mədəniyyət Günlərinin keçirilməsi təklif olunur. Məqalədə Qazaxıstan bütün türk xalqlarının tarixi vətəni, ilkin beşiyi kimi xarakterizə olunur. Bundan başqa, Qazaxıstanın moderatorluq edəcəyi Vikipediya nümunəsində ortaq Türk onlayn kitabxanasının yaradılması ideyası irəli sürülür. Eyni zamanda, dünyanın müxtəlif arxivlərində türk dünyası ilə bağlı materialların tədqiq olunması məqsədi ilə “Arxiv – 2025” adlı 7 illik proqramın reallaşdırılması təklif edilir.
Check Also
Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …


Boyukmillet.com Biz yanmasaq vətən yanar
