Cümə , 14 Mart 2025
Drone Cameras

Nazir Hulusi Akar: S-400 komplekslərinin təhvil alınması qrafik üzrə davam edir

Türkiyənin sifarişi ilə Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin təhvil alınması qrafik üzrə davam edir.

boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib. Nazir bildirib ki, iyulun 12-də Rusiyadan bu təyinat üzrə üç təyyarə yük gətirilib. Nazirin sözlərinə görə, S-400 sistemlərinin qurulması və idarə olunması ilə bağlı türkiyəli mütəxəssislərin təlimləri Rusiyada və Türkiyədə davam edir.

Yerli KİV-lər yazır ki, Türkiyədə qurulan S-400 zenit-raket komplekslərinin sentyabrın 10-dan başlayaraq istifadəyə verilməsi nəzərdə tutulub.

Check Also

Dövlət Komissiyası: Ermənistanın hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb

Ermənistanın hərbi təcavüzü nəticəsində 4 min nəfərə yaxın azərbaycanlı itkin düşüb. Boyukmillet.com xəbər verir ki, …