Şənbə , 26 Aprel 2025
Drone Cameras

Nazir vəzifədən azad etdiyi rəisə yeni vəzifə verdi – ƏMR

DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin sabiq rəisi, polkovnik-leytenant Surxay Cəfərova yeni vəzifə verilib.

Bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən Surxay Cəfərov Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsinə rəis vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bu gün Daxili İşlər naziri Vilayət Eyvazov Surxay Cəfərovun DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin rəisi vəzifəsindən azad edilməsi barədə əmr imzalamışdı. (axar.az)

Check Also

Cəlaloğlu: İki ölkə Azərbaycan və Ermənistanın sülh sazişi imzalamasına mane olur

“İndiki şərtlər altında 2025-ci ildə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını gözləmək doğru deyil. …