Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Saatlı rayon ərazi şöbəsinin məsləhətçi-müfəttişi ehtiyatsızlıqdan güllə yarası alıb. “Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, oktyabrın 30-da nazirlyin əməkdaşı Kərim Səlimov ov tüfəngi ilə ehtiyatsız davranıb və açılan atəşdən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.
Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən hadisə yerindən “İJ-27” markalı tüfəng götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Check Also
SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək
Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …
Boyukmillet.com Biz yanmasaq vətən yanar