Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Neftçi İK Ağsu komandasının qələbəsi

Boyukmillet.com xəbər verir ki, bu gün Beyləqan Olimpia idman kompleksinin stadionunda Mil (Beyləqan) və yeni yaradılmış Neftçi İK Ağsu komandaları yoxlama görüşü keçiriblər. Gərgin keçən  oyunda 3-0 hesabı ilə Neftçi İK Ağsu komandası qələbə qazanıb. Hər 3 qolun müəllifi  Səmədzadə Elmir olub. Oyun öncəsi hər iki komanda Qarabağ müharibəsində Şəhid olmuş Şəhidlərimizin məzarını yad ediblər. Komandanın rəhbəri Elnur Alıyevin dediyinə görə komandanın yeni yaranmasına baxmayaraq komandada qələbə əzmi ruh yüksəkliyi var. Qarşımıza qoydugumuz məqsəd 1-ci divizyon və Premyer liqada Ağsunu təmsil etməkdi.

Check Also

Azərbaycanın daha üç taekvondoçusu Türkiyədə medal qazanıb

Azərbaycanın daha üç taekvondoçusu Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish …