Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Netanyahu Qəzzaya nəzarətin Abbas administrasiyasına verilməsi ehtimalını rədd edib

“Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Muxtariyyəti İsrailin hərbi əməliyyatından sonra Qəzza zolağına rəhbərlik etmək üçün məsuliyyəti öz üzərinə götürmək iqtidarında deyil”.

Boyukmillet.com xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.

“Düşünürəm ki, Fələstin Muxtariyyəti indiki formada Qəzza zolağına görə məsuliyyəti öz üzərinə götürə bilmir”-deyə, o bildirib.

Netanyahu əlavə edib ki, İsrail ordusu anklav uğrunda döyüşdükdən sonra Qəzzaya nəzarəti Abbasa təhvil vermək qeyri-mümkündür: “Mahmud Abbas oktyabrın 7-də HƏMAS-ın silahlı qanadından olan radikalların İsrailə qarşı həyata keçirdiyi hücumu hələ də pisləməyib”.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …