Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Netanyahudan Ankaraya qarşı qalmaqallı bəyanat: “Ərdoğan bizi və ya şəxsən məni sevmir”

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin üzləşdiyi geostrateji risklər və Türkiyənin Yaxın Şərqdə artan nüfuzlu rolu barədə diqqətçəkən bəyanatla çıxış edib.

Boyukmillet.com xəbər verir ki, İsrail hökumətinin rəhbəri ölkəsinin coğrafi baxımdan kiçik olduğunu və düşmən halqası ilə əhatə olunma təhlükəsi yaşadığını vurğulayıb.

“Biz mühasirəyə düşə biləcək kiçik bir dövlətik. Məhz bu səbəbdən İsrail Türkiyə kimi yeni güclü rəqiblərin ortaya çıxmasının qarşısını almaq üçün qlobal müstəvidə fəal addımlar atmağa məcburdur. Ərdoğan bizi – və ya şəxsən məni çox da sevmir”, – deyə İsrailin Baş naziri bildirib.

Netanyahu vurğulayıb ki, mövcud strateji mövqelər İsraili potensial təhdidləri neytrallaşdırmaq və regional opponentlərin, xüsusilə Ankara hökumətinin mövqelərinin daha da möhkəmlənməsinə imkan verməmək üçün qabaqlayıcı tədbirlər görməyə vadar edir.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …