NİKALAYEV ŞƏHƏRİNDƏ YAŞAYAN İKİ AZƏRBAYCANLI QARDAŞ-BİR ANDA BÜTÜN UKRAYNADA NECƏ MƏŞHUR OLDULAR?!
Boyukmillet.com Diaspor info-ya istinadən xəbər verir ki, Nikalayev şəhərində yaşayan iki azərbaycanlı balası, öz qəhrəmanlıqları ilə bir anda məşhurlaşıblar. Belə ki, Umud və Sabir Şirinov qardaşları Nikalayev vilayəti ərazisində, öz şəxsi maşınları ilə gedərkən, yol kənarında qəza etmiş bir maşın görüblər. Dərhal öz maşınlarını saxlayaraq, hadisə yerinə yaxınlaşıblar. Hadisəyə tamaşaçı kimi baxan bir çox millətlərin nümayəndələrinə- “siz niyə ilkin kömək etmirsiniz “- sualı ilə müraciət edən qardaşlar, aldıqları cavabdan şok olublar. Belə ki, bir neçə yük avtomobilinin sürücüsü deyib ki, yanan maşına yaxınlaşmaq çox təhlükəlidir, onsuzda qazla işləyən “Cip” birazdan partlamalıdır. Ora yaxınlaşan gərək öz həyatına qıysın.
Azərbaycanın qəhrəman oğulları heç nəyə baxmadan cipə yaxınlaşaraq, şüşələri sındırmağa başlayıblar. Umud və Sabir Şirinovlar bir ailəni, balaca uşağı, ata və ananı xilas edə biliblər.
Onlar yaralıları kənara çəkəndən bir neçə saniyə keçməmiş qəza edən cipdəki qaz balonu partlayıb. Öz həyatlarını risqə ataraq bir ailəni xilas edən qardaşları hazırda bütün Ukrayna tanıyır və bütövlükdə bütün millətlər onları alqışlayırlar.
Xatırlatmaq istəyirik ki, hər iki qardaş Nikalayev diasporasının aktiv üzvlərindəndirlər.
Diaspor info saytı olaraq, sabah, həmin məşhur qardaşlarla görüşüb video müsahibə almaq üçün Nikalayevə gedən müxbirlərimizin matrealları hazır olan kimi oxucularımızı da, həmin matreallarla tanış edəcəyik.
Aldığımız məlumata görə Nikalayev diasporasının ağsaqqalı Yunus Alıyev, qardaşlarla bağlı yerli televiziya və bir sıra mətbu orqanların çəkilişi ilə şəxsən maraqlanır və Azərbaycan oğullarının təbliğatına ciddi dəstək verir.