Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Nizami rayonunda stadionu söküb parking etdilər… İcra başçısı hansı şərtlərlə icazə verib?

Bakı şəhəri Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 275 ünvanında yerləşən park ərazisinin yeri, yanında yerləşən stadionun məhv edilərək parking kimi istifadəyə verilməsi sakinlərin narazılıığına səbəb olub.

Boyukmillet.com xəbər verir ki, sakinlərin iddiasına görə, park daxilində aparılan tikinti işləri nəticəsində həm park zonası, həm də kafe — daha çox içki məkanı kimi fəaliyyət göstərəcək obyekt hazırlanır.
Sakinlər bildirir ki, belə bir obyektin park ərazisində yerləşdirilməsi ailəvi istirahət mühitinə uyğun deyil. Xüsusilə uşaqlarla gələn valideynlər qeyd edir ki, içki məkanının yaxınlığında olmaq onları narahat edir və bu səbəbdən parkdan istifadə etməkdən çəkinirlər.

Sakinləri narahat edən digər məqam isə uşaqların futbol oynaması üçün nəzərdə tutulmuş stadionun sökülərək yerində parking salınmasıdır. Sakinlər stadionun sökülməsinə, parkın restoranlarla üzbəüz yerdə salınmasına etirazlarını bildirirlər.
Sakinlər aidiyyəti qurumları, xüsusilə Nizami rayon İcra Hakimiyyətini məsələni diqqətdə saxlamağa, vəziyyəti araşdırmağa, parkın ilkin təyinatının qorunmasını təmin etməyə çağırır.

Mövzu ilə bağlı Nizami rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Dəfələrlə əlaqə yaratmağımıza baxmayaraq, zənglərimizə cavab verən olmadı.
Qarşı tərəfi dinləməyə hazırıq.Tribuna.az

Check Also

“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq

“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. O, tanışı …