Cümə , 17 May 2024
Drone Cameras

Novaya Sloboda da Xocalı stendinin açılışı olub

1942-ci il iyulun 7-də əksəriyyəti uşaq, qadın və qoca olmaqla 600-ə yaxın insan günahsız şəkildə Sumi vilayətinin Novaya Sloboda kəndində qətlə yetirilib. Həlak olanların xatirəsinə tikilmiş abidənin yanında Xocalı haqqında məlumatların əks olunduğu stend yaradılıb.
Boyukmillet.com xəbər verir ki, bu səbəbdən “Kədər zəngi” abidəsinin önünə yerli sakinlər, ərazi ictimaiyyətinin rəhbərliyinin nümayəndələri, Putivl Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Sergey Tupik gül dəstələri qoyub. Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulu Əfqan Salmanov bildirib ki, Sumı əhalisi üçün əlamətdar olan yerdə Xocalı haqqında məlumatların əks olunduğu stend yaratmaq ideyası hələ 2020-ci ildən mövcuddur.
“Biz Kədər Zəngi abidəsinin lazımi vəziyyətdə saxlanılmasına kömək edirik. Ukrayna xalqı, Azərbaycan xalqı kimi, bir neçə soyqırımdan, insanların etnik zəmində məhv edildiyi zaman sağ çıxıb. Bu, müasir dünyada qəbuledilməzdir. Artıq Xatirə Kompleksində Kryukovka, Lidice, Xatın, Pirçupis, Oradur-sür-Qlana həsr olunmuş stendlər quraşdırılıb. Xocalı haqqında daimi stend insan həyatının dəyərini xatırladan mühüm bir xatırlatmadır. Bu, həyat prinsiplərini formalaşdırmalı olan yaddaşdır. Ukraynalılar hər zaman azərbaycanlılara ağır günlərdə dəstək olublar. Bu gün Azərbaycan xalqı öz əzizlərini itirən bütün insanlarla birlikdə yas saxlayır”, – deyə fəxri konsul Əfqan Salmanov bildirib.
“Novoslobodskaya faciəsi qurbanlarının anım günündə biz hər il matəm tədbirləri keçiririk. 80 il keçməsinə baxmayaraq hələdə demək olar ki, hər bir kənd ailəsinin o zaman yaxınlarını itirməsinin acısı səngimir. Təəssüf ki, tarixin qanlı səhifələri təkrarlanır. Bu gün biz Novaya Slobodanın “bacılarına” həsr olunmuş yeni stendlər açdıq deyə – Sergey Tupik bildirib.
Qoruğun direktoru “Kədər zəngi” abidəsinə rəhbərlik edən Azərbaycan Respublikasının Fəxri Konsulluğuna da səmimi təşəkkürünü bildirib.
Sergey Tupik hesab edir ki, həmkəndlilərinin xatirəsini ehtiramla yad etməyə gələn hər kəs XX əsrin sonlarında və təəssüf ki, bizim dövrümüzdə insanlığa qarşı törədilmiş dəhşətli cinayətlər haqqında məlumatlarla tanış olacaqlar.

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …