Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Nuhçıxan İnformasiya Agentliyinin gördüyü işlər əhatəli və genişdir

2 yaşını qeyd edən Nuhçıxan İnformasiya Agentliyi bu gün dünyanın harasında yaşamasından asılı olmayaraq həmyerlilərimizin operativ məlumat mənbəyinə çevrilib. Soydaşlarımız bu sayt vasitəsilə muxtar respublikamızdakı yeniliklərlə bağlı məlumatları asanlıqla əldə edirlər. Bu baxımdan Nuhçıxan İnformasiya Agentliyinin gördüyü işlər əhatəli və genişdir.

Azərbaycanın Naxçıvan Muxtar Respublikasında həyatın bütün sahələrində baş verən yeniliklər haqqında ətraflı məlumat, doğma diyarımızda görülən işlər barəsində müfəssəl, doğru və düzgün informasiya əldə etmək istəyənlər ilkin mənbə olaraq Nuhçıxan İnformasiya Agentliyinin materiallarından istifadə edirlər ki, bu da olduqca təqdirəlayiq haldır.

Naxçıvan Muxtar Respublikasında aparılan tikinti-quruculuq və abadlıq, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər, bütün sahələrdə keçirilən tədbirlər haqqında oxucularına tam və dolğun şəkildə məlumat çatdıran agentlik təkcə muxtar respublikamızda, ölkəmizdə deyil, eləcə də bir çox dünya ölkələrində izlənilməsi bizləri də sevindirir, qürurlandırır.

Əminik ki, Nuhçıxan İnformasiya Agentliyinin yaradıcı heyəti bundan sonra da seçdikləri yolda inamla addımlayacaq, üzərlərinə düşən vəzifələrin öhtəsindən layiqincə gələcəklər.

Qədim və zəngin Naxçıvanı virtual aləmdə layiqincə təmsil edən Nuhçıxan İnformasiya Agentliyinin kollektivini bizdə səmimi qəlbdən təbrik edir, gələcək işlərində yeni-yeni nailiyyətlər arzulayırıq!

Türkanə Bəylərli

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsinin əməkdaşı

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …