Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Öcalanın ölüm xəbəri yayıldı: Qardaşı oğlundan paylaşım

PKK lideri Abdullah Öcalanın öldüyü barədə məlumat yayılıb.

boyukmillet.com xəbər verir ki, bu barədə Abdullah Öcalanın qardaşı oğlu, HDP-nin Urfa millət vəkili Ömər Öcalanın Tvitter hesabından məlumat yayılıb.

Ö.Öcalanın Tvitter hesabında əmisinin xəstəxanaya qaldırıldığı, ancaq edilən müdaxilələrə baxmayaraq, öldüyü bildirilib.

Daha sonra millət vəkili Tvitterdə növbəti məlumat paylaşaraq, hesabının ələ keçirildiyini qeyd edib:

“Tvitterdə bir problem var, dostlar. Ola bilsin, hesabım oğurlanıb”.

Buna baxmayaraq, o, Öcalanla bağlı xəbəri təkzib etməyib. 

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir