Cümə axşamı , 4 İyul 2024
Drone Cameras

Ölümcül “Polonez”lərin yeni partiyası Azərbaycana gətirildi

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən 301 mm-lik “Polonez” əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası ölkəmizə gətirilib.

Bu barədə musavat.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

****

Belarus “Polonez” raket komplekslərinin daha bir batareyasını bu günlərdə Azərbaycana yola salıb. Boyukmillet.com xəbər verir ki, bunu “Army Recognition” nəşrinə Bakıdakı ADEX 2018 müdafiə sərgisində iştirak edən Belarus nümayəndə heyətindəki mənbə bildirib.

Azərbaycan Belarusdan 10 “Polonez” raket komplekslərinin alınmasına dair müqavilə bağlayıb. Bu komplekslərin birinci partiyası 2018-ci ilin yazında Azərbaycana çatdırılıb.

Belarus “Polonez” raket komplekslərini sərgidə nümayiş etdirir. Lakin nəqliyyat xərclərini nəzərə alaraq onları Belarusdan gətirməyiblər, Azərbaycan Müdafiə Nazirliyindən müvəqqəti alıblar.

polonezlər bakıda ile ilgili görsel sonucu

“Polonez” komplekslərinin baza variantı Çinin A200 raketləri ilə təchiz olunub. Amma kompleksin son modifikasiyasında Belarus istehsalı olan raketlərdən istifadə olunur.

 

“Yeni raketin bütün komponentləri, o cümlədən hədəfə yönləndirmə sistemi Belarusda istehsal olunub, raket mühərriki istisna olmaqla. Hazırda biz xarici mühərrikin əvəzlənməsi üzərində işləyirik”-mənbə deyib.

“Polonez” raket kompleksləri 8 yüksək dəqiqlikli raket daşıyır. Bu raketlər 200 və 300 kilometr məsafədə hədəfləri vurur. Kompleks MZKT-7930 şassisi üzərində yerləşdirilib, bu maşın saatda 70 kilometr sürətlə 1000 kilometr dayanmadan yol qət edə bilər. “Polonez” həm adi, həm idarəolunan raketlərlə təchiz edilə bilir. MİLEX 2017 sərgisində bu kompleks üçün birpilləli, bərk yanacaqlı M20 raketi nümayiş olunub. Bu raketin uzunluğu 8 metr, ağırlığı 4 tona yaxın və atəş məsafəsi 280 kilometrdir. Raketin döyüş başlığı 480 kiloqramdır. M20 raketi ola bilsin Çinlə birlikdə işlənib hazırlanıb.

(Virtualaz.org)

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir