Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

Ordunu gücləndiririk: bəs, qazilər, ailələr?

Büdcə xərclərində müdafiə qabiliyyətinin güclənməsini düşünürük. Amma ölkənin içi də gücləndirilməlidir. Bu gün sosial müdafiədə, məmur-vətəndaş münasibətlərində problemlər var, bunu gizlətmək lazım deyil.

Boyukmillet.com verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, Ordunu gücləndirməklə paralel ölkənin daxilində əhalinin sosial müdafiəsi də gücləndirilməlidir:

“Qazilərə münasibət məsələsi var, onlar hamısı bizim müdafiə sistemimizin içindədir. Mən sual etmək istəyirəm ki, DSMF və İşsizlikdən Sığorta Fonduna artımların neçə faizi bizim burada qaldırdığımız məsələlərin həllinə yönəldiləcək? Biz dəfələrlə qazilərin işsizliyi, ümumiyyətlə işsizlik problemi, məmur-vətəndaş münasibətlərində narahatlıqları qaldırmışıq”.

Deputat ailələrin uşağı uşaq bağçasına qoya bilməməsindən də şikayətlənib:

“Ailə uşağını bağçaya qoymaq üçün qapı-qapı gəzir. Niyə belə olmalıdır? Məktəblərdə uşaqların qəbul olunması qəsdən çətinləşdirilir. Uşaqlar qəsdən rus məktəblərinə yönəldilir”.

Check Also

Aqil Abbas üsyan etdi-“Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir”

“Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib” Oktyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirilib. …