Cümə axşamı , 30 Aprel 2026
Drone Cameras

Orenburqda İlkin Kərimovun adı cinayət işində hallanır – İDDİA / VİDEO

Samara Azərbaycanlıları Assambleyasının sədri Elmar Rəsulov diaspor çevrələrində baş verən hadisələrlə bağlı iddialar səsləndirib.

Boyukmillet.com xəbər verir ki, E.Rəsulov hazırda Orenburq vilayətində İlkin Kərimov adlı şəxsin də adının cinayət işində hallandığını iddia edib. Onun sözlərinə görə, özünü “Hacı İlkin” kimi təqdim edən bu şəxs əvvəllər spirtli içki ticarəti ilə məşğul olub, daha sonra isə diaspor fəaliyyətinə qoşulub. Lakin bir müddət sonra diaspor təşkilatı bağlanıb.

İddialarda həmçinin qeyd olunur ki, adı çəkilən şəxsin ermənilərlə müxtəlif qeyri-rəsmi məclislərdəki davranışları Orenburq azərbaycanlıları arasında ciddi narazılığa səbəb olub.

Qeyd edək ki, İ.Kərimov 2022-ci ildə İlkin Kərimov Orenburq İctimai Palatasının tərkibinə seçilib, 2025-ci ildə Şurasının miqrasiya vəziyyətinə həsr olunmuş genişləndirilmiş iclasında iştirak edərək “Orenburq Azərbaycanlılarının Milli Konqresi” adlı vilayət ictimai təşkilatının sədri kimi çıxış edib.

Xatırladaq ki, Rusiyanın Orenburq vilayətindən minlərlə Azərbaycanlı yaşasa da vahid diasporamızın olmaması və ya özünü vilayətdə Azərbaycan diasporunun lideri hesab edən İlkin Kərimovun əməlləri soydaşlarımız arasında böyük narazı kütlə formalaşdırıb.

https://t.me/xezernewsaz/879

Check Also

Paşinyandan Azərbaycanla bağlı VACİB AÇIQLAMA

Ermənistan və Azərbaycandan olan iş adamları artıq birbaşa işləyə bilərlər. Boyukmillet.com  xəbər verir ki, bu …