Şənbə , 18 May 2024
Drone Cameras

Ötən gün toy qaydalarını pozan 71 nəfər cərimələnib, 2 119 nəfər şənliyə buraxılmayıb

Avqustun 3-də Daxili İşlər Nazirliyinin (DİN), Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 276 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən verilən məlumata görə, monitorinq 224 şadlıq sarayında, 52 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

– 71 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

– 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;

– 2119 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Check Also

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

İqtisadçılar qərarları tənqid edir Bakıda taksi sürücülərinə qarşı reyd keçirib. Reydi Bakı Şəhər Dövlət Yol …