Bazar , 14 Dekabr 2025
Drone Cameras

Özü koronavirusdan öldü, səhəri də anası vəfat etdi

Azərbaycanda 37 yaşlı boksçu ad günündə koronavirusdan vəfat edib.

Boyukmillet.com xəbər verir ki, 1983-cü il təvəllüdlü Ramin Qurbanov 10 gün öncə koronavirusa yoluxduğu aşkarlandığı üçün xəstəxanaya yerləşdirilib. İyunun 22-də doğum günü olub, dostları ona təbriklər yazıb, o da təbriklərlə bağlı paylaşım edib. Həmin gün axşam saatlarında koronavirusdan vəfat edib.

R. Qurbanov satış sahəsində fəaliyyət göstərsə də, peşəkar boksla məşğul olub, daim sağlam həyat tərzi keçirib.

Onun vəfatından bir gün sonra, iyunun 23-də anası Nazilə Qurbanova oğlunun ölümünə dözməyərək ürək tutmasından vəfat edib. Yaxınları onun talassemiya daşıyıcısı olduğunu bildirib. R. Qurbanovun 1 azyaşlı qızı var. Qızının isə talassemiya xəstəsi olduğu bildirilir.

Check Also

İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə onu təyin etdi

Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub. Boyukmillet.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı …