Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Pərviz Şahbazov: “Ötən il Bolqarıstana qaz ixracımız 600 milyon kubmetr olub”

Ötən il Azərbaycandan Bolqarıstana qaz ixracı 600 milyon kubmetr olub.

 xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün “twitter” hesabında qeyd edib.

Boyukmillet.com xəbər verir ki, Energetika naziri bolqarıstanlı həmkarı ilə görüşündən sonra bildirib ki, Bolqarıstanın energetika naziri Rosen Xristov ilə görüşdə Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB), eləcə də müxtəlif marşrutlar, yeni infrastrukturlarla qaz tədarükünün şaxələndirilməsi perspektivlərini müzakirə edilib.

“Bolqarıstanın energetika naziri Rosen Xristov ilə görüşdə IGB, eləcə də müxtəlif marşrutlar, yeni infrastrukturlarla qaz tədarükünün şaxələndirilməsi perspektivlərini müzakirə etdik. Ötən il Bolqarıstana qaz ixracımız 600 mln. m3 olub”, deyə nazir bildirib.

Check Also

Balluku: Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində intensiv əməkdaşlığa hazırdır

Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində çox intensiv əməkdaşlığa hazırdır. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın …