Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Pakistan səfiri: Azərbaycanla məsləhətləşmədən sonra Ermənistanla münasibətlərə baxıla bilər

Pakistanın Ermənistana münasibətində hər hansı hansı dəyişiklik Azərbaycanla məsləhətləşmələrdən sonra mümkün ola bilər.

Bunu “Report”a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.

O qeyd edib ki, Pakistanın Ermənistanı tanımamaq qərarı Azərbaycana olan sevgi, hörmət və qardaşlığa əsaslanır:

“Bu, Azərbaycanın yanında olduğumuzun bir göstəricisidir. Üç onillikdir davam edən siyasətimizdə hər hansı dəyişiklik Azərbaycandakı dostlarımızla məsləhətləşmədən sonra mümkün ola bilər”.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …