Şənbə , 27 Aprel 2024
Drone Cameras

Pakistan saytı Naxçıvandan yazıb: Nuhun mirası – FOTOLAR MƏDƏNİYYƏT VƏ TURİZM

Boyukmillet.com xəbər verir ki, Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Huma Kəşfin  Naxçıvandan bəhs edən “Azərbaycanın Naxçıvan Muxtar Respubikası:Nuhun Mirası” məqaləsi www.cgss.com.pk  saytında dərc olunub. Məqalədə muxtar respublikanın tarixi, coğrafi mövqeyi haqqında  oxucusuna məlumat verən tədqiqatçı hələ qədim dövrlərdən bəri Azərbaycan torpağı olan Naxçıvanın ölkənin  dövlətçilik ənənələrinə mühüm töhfələr verdiyini vurğulayır.

Tədqiqatçı yazır ki, Naxçıvan   qədim insan məskənləri, tarixi yerləri, möhtəşəm qalaları, bənzərsiz abidələri, antik və orta əsrlərə aid nadir memarlıq nümunələri ilə məşhur bir məkandır. Muxtar respublikanın geostrateji mövqeyi, əlverişli iqlimi, fauna və florası, mədəni irsi və zəngin turizm potensialı dünyanın bütün bölgələrində yaşayan insanların Naxçıvan diyarına gəlməsinə şərait yaradır.

Məqalədə müqəddəs “Qurani Kərim”də yer alan  Əshabi-Kəhf ziyarətgahının, Nuh Peyğəmbərin Məzarüstü türbəsinin, Yusif Küseyiroğlu türbəsinin, Möminə Xatın Türbəsinin tarixi və memarlıq xüsusiyyətlərindən heyranlıqla danışan müəllif buranın yerli və əcnəbi turistlər tərəfindən ziyarət olunduğunu bildirir.

Məqalədə həmçinin Qarabağlar türbə kompleksi, Gülüstan türbəsi, “Xanəgah” Abidələr Kompleksi, “Gəmiqaya”, “Xan Sarayı”, “Came məscidi” və “Ordubad hamamı” barədə də  məlumat verilir.

Check Also

Azərbaycan kitabları Özbəkistanda sərgilənib

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan ümumrespublika kitab həftəsində Azərbaycan kitabları sərgilənib. Boyukmillet.com xəbər verir ki, …