Cümə , 14 Mart 2025
Drone Cameras

Pakistanda silahlılarla atışmada 2 əsgər həlak olub, 8 yaraqlı zərərsizləşdirilib

Pakistanın Cənubi Vəziristan əyalətində təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma olub.

Boyukmillet.com-un xəbərinə görə, atışmada 8 silahlı zərərsizləşdirilib, 2 əsgər həlak olub.

Ordunun yaydığı açıqlamada atışma zamanı çoxlu sayda silah-sursatın ələ keçirildiyi bildirilir. Yaraqlıların hansı qruplaşmanın üzvü olduğu barədə məlumat verilmir.

Son aylar Pakistanda terror hücumları artıb. İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən “Pakistan Talibanı” qruplaşması tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir.

Check Also

Fransa Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ – Qətnamə qəbul etdi

Fransa Parlamenti Ukraynanı dəstəkləyən və Rusiya aktivlərinin həbsini tələb edən qətnamə qəbul edib. Boyukmillet.com UNİAN-a …