Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Pakistanda yük maşınının dərəyə aşması nəticəsində 9 əsgər həlak olub

Pakistanın Azad Cammu və Kəşmir muxtar əyalətində əsgərləri daşıyan hərbi yük maşını dərəyə aşıb.

Hadisə nəticəsində azı 9 əsgər həlak olub, daha 4-ü yaralanıb. Yük maşınının Baqx rayonunda Manq-Bacriyə doğru gedən hərbi karvanın bir hissəsi olduğu qeyd edilir. Yük maşını təyinat yerinə çatmağa 12 kilometr qalmış uçuruma düşüb.

Yerli polisin məlumatına görə, yük maşını 150 metr hündürlükdən aşıb. Nəqliyyat vasitəsində olan 13 nəfərdən 7-si hadisə yerində, daha ikisi isə Ravalakot xəstəxanasında dünyasını dəyişib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …