Bazar , 28 May 2023

Parlamentin komitə sədri insanları təşvişə düşməməyə çağırdı

“Bu gün dünyada koronavirus epidemiyasının yayılması və digər hadisələrlə əlaqədar neftin qiyməti 30-35 dollara enib”. 

Boyukmillet.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, epidemiyanın iqtisadiyyata təsiri iyun ayında bitəcək: “Bu gün Azərbaycan iqtisadiyyatının sabit qalması üçün kifayət qədər imkanlar var. Biz neftin qiymətini 55 dollardan götürmüşük. Amma hazırda neftin qiyməti 30-35 dollardır. Mən insanları təşvişə düşməməyə çağırıram”.

Check Also

Bakıda torpaq sahibi olmaq nə dərəcədə asandır?

Son illər Bakıda və onun ətrafında məskunlaşmanın sürətlə artması, minlərlə fərdi evin tikilməsi paytaxtda boş, …