Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Paşinyan Ermənistanı Türkiyə ilə birləşdirəcək dəmir yolundan DANIŞDI

Ermənistan hökuməti yaxın vaxtlarda Yerasx və Gümrü–Akyaka (Qars) istiqamətlərində dəmir yolunun bərpasına başlayacaq.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Yaxın zamanda Gümrü–Axurik–Akyaka hissəsinin bərpasına başlayacağıq. Türkiyə tərəfində də işlərə başlanılıb və dəmir yolu açılacaq. Biz həmçinin Yerasx dəmir yolu qovşağının bərpasına da başlayacağıq”, – deyə Ermənistan Baş naziri qeyd edib.

Qeyd edək ki, bundan öncə Nikol Paşinyan Axalkalaki–Qars dəmir yolunun Ermənistanın ixrac və idxalı üçün açıldığını bildirib.//APA

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …