Cümə axşamı , 29 Oktyabr 2026
Drone Cameras

Paşinyan: Müstəqillik Bəyannaməsinin mətni antidövlət xarakterlidir

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin mətninin dövlət əleyhinə olduğunu hesab edir.

Boyukmillet.com Ermənistan mediasına istinadən xəbər verir ki, o, bu barədə brifinqdə bildirib.

“Bu mətnlə müstəqil dövlətin mövcudluğu qeyri-mümkündür”, – Paşinyan deyib.

O qeyd edib ki, ölkənin yeni Konstitusiyasının qəbul edilməsi “Mülki müqavilə” partiyasının seçkiqabağı proqramına daxil idi. Baş nazir əlavə edib ki, konstitusiyanın yeni layihəsi yaxın vaxtlarda dərc olunacaq.

Paşinyan hakimiyyət və müxalifət arasında konstitusiya islahatları ilə bağlı fikir ayrılıqları fonunda ölkədə növbədənkənar seçkilərin keçirilməsi ehtimalının az olduğunu bildirib. Bununla belə, o, müxalifətin rədd edə bilməyəcəyi təkliflə çıxış edəcəyi vədini verib. Lakin hansı təklifdən söhbət getdiyini dəqiqləşdirməyib.

Check Also

Fransada etirazların vurduğu zərər 1 milyard avronu keçdi

Fransada aksiya iştirakçılarının 17-18 oktyabr tarixində keçirdiyi etiraz aksiyaları zamanı baş verən iğtişaşlar və qarətlər …