Cümə , 19 Aprel 2024
Drone Cameras

Paşinyandan Azərbaycanın minalanmış əraziləri ilə bağlı etiraf

Ermənistan Azərbaycana bu ölkənin minalanmış ərazisinin yalnız kiçik hissəsinin xəritəsini verib.

Boyukmillet/com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan bildirib.

Paşinyanın sözlərinə görə, o, bu mövzuda müzakirələrin sonrakı mərhələsinə hazırdır.

O, bildirib ki, minalanmış ərazilərin təhvil verilən xəritəsi xəritələrin kiçik hissəsidir. “Qeyd etmək istəyirəm ki, dekabr ayında xəritələr mübadiləsini etdik və bunlar bizim mövqelərimizdəki minalanmış sahələrin xəritələri deyil, Azərbaycanın (minalanmış ərazilərinin -red) xəritələridir”, – hökumət başçısı deyib.

Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Check Also

Ermənistanda Azərbaycan kəndindən keçən yolla bağlı hərəkətlənmə

Ermənistan Sovet Ermənistanının hüdudlarından kənara çıxan yolun əvəzinə yeni yol hissələri tikməyi planlaşdırır.Boyukmillet.com xəbər verie …