Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Paşinyanın mətbuat katibi baş nazirin istefası xəbərinə münasibət bildirdi

Ermənistanın baş naziri Nikol Paşinyanın vəzifəsindən istefa verməsi barədə söz-söhbətlər qeyri-ciddidir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Nikol Paşinyanın mətbuat katibi bildirib.

O, qeyd edib ki, qeyri-ciddi xəbəri təkzib etməyə ehtiyac görmür.

“İstefa haqqında xəbərlər o qədər qeyri-ciddidir ki, şərhə ehtiyac duyulmur”, – baş nazirin mətbuat katibi Mane Qevorqyan deyib.

Dünən bir sıra teleqram kanallarda Paşinyanın istefaya getməsi barədə xəbərlər yayılıb.

Xatırladaq ki, artıq bir aydan çoxdur, Ermənistan müxalifəti ölkədə kütləvi aksiyalar keçirərək Nikol Paşinyanın istefasını tələb edir. Aksiyalar zamanı dəfələrlə polis əməkdaşları ilə müxalifətçilər arasında toqquşmalar baş verib. Nəticədə onlarla insan xəsarət alıb. Mitinqlər yüzlərlə müxalifətçinin saxlanılması ilə müşayiət olunub. Etiraz aksiyalarına səbəb Paşinyanın 10 noyabr bəyanatına imza atmasıdır. Ermənistanın aparıcı müxalifət partiyaları onu satqınlıqda və təslimçilikdə ittiham edir.

Check Also

Azərbaycanda həbsdə olan Ruben Vardanyan aclıq aksiyasına başlayıb

O, bunu “beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavab” adlandırır Azərbaycanda həbsdə olan …