Bazar ertəsi , 17 İyun 2024
Drone Cameras

Pentaqon körpə əfqanın ABŞ hərbçisinə verilməsini izah edib

Əfqanıstanın paytaxtı Kabilin hava limanını qoruyan ABŞ hərbçiləri bu ölkənin vətəndaşının xəstə körpəsini atasından alıblar, azyaşlıya tibbi yardım göstərilib və körpə bundan sonra geri qaytarılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Con Kirbi bildirib.

O, ABŞ əsgərlərin kütlə arasında kimdənsə körpəni qəbul etmələri, onu divarın üstünə qaldırmaları və aeroportun içinə aparmalarını əks etdirən səs-küylü kadrları izah edib.

“Valideyn dəniz piyadalarından xəstələnmiş körpəyə yardım göstərməyi xahiş etdi. Sizin gördüyünüz dəniz piyadası divarın üstündən əyilərək körpəni alıb, onu hava limanında fəaliyyət göstərən Norveç hospitalına aparıb. Onlar körpəyə tibbi yardım göstəriblər və onu atasına qaytarıblar”, – Kirbi deyib.

O, hərbçilərin hərəkətini humanist akt adlandırıb.

Qeyd edək ki, ABŞ amerikalıların, əfqanların, “risk kateqoriyalarından” olan üçüncü dövlətlərin vətəndaşlarının bu ölkədən çıxarılmasını təmin etmək üçün təxminən 6 000 hərbi qulluqçusunu Kabil hava limanına göndərib.

Check Also

Livandan İsrailə mərmilər atılıb

Livandan İsrailin şimalındakı Meron dağı ərazisinə mərmilər atılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail …