Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Peskovdan Ankaradakı NATO sammiti ilə bağlı İLGİNC AÇIQLAMA

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ankarada keçirilən NATO sammiti ilə bağlı Moskvannın mövqeyini açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, o bildirib ki, Rusiya tərəfi sammitin hazırlıq mərhələsində səslənən bəyanatları diqqətlə izləyir və forumdan daxil olan bütün məlumatları monitorinq edəcək.

Peskov sammit ərəfəsində Rusiya ilə bağlı çoxlu sayda bəyanatın səsləndiyini qeyd edərək, təəssüf hissi ilə bildirib ki, bu açıqlamalar konstruktiv əməkdaşlıq və dialoqdan daha çox konfrontasiya xarakteri daşıyır.

Mətbuat katibi əlavə edib ki, Moskva sammitin yekununda qəbul ediləcək sənədləri, veriləcək bəyanatları, həmçinin sammit çərçivəsində baş tutacaq ikitərəfli görüşlərdə nələrin deyiləcəyini müşahidə edəcək.

Check Also

Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu

Şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. “Servan Kəlbəcər” MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 432 …