Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Pezeşkian Tehrandakı mitinqdən danışdı: “Düşmənin planlarını pozduq”

Dünən İran prezidenti Məsud Pezeşkian Tehranda keçirilən hökumətyönlü mitinqi şərh edib.

Boyukmillet.com iran mediasına istinadən xəbər verir ki, o, bu tədbiri ölkənin düşmənlərinin planlarını pozan addım kimi dəyərləndirib.

 “Mitinq İran xalqının ərazi bütövlüyünü qorumaq iradəsini göstərib və xarici qüvvələrin məkrli planlarına sarsıdıcı cavab olub”

Prezident qeyd edib ki, aksiya miqyasına görə misilsizdir və vətəndaşların ayıq-sayıqlığını və dini dəyərləri müdafiə etməyə hazır olduqlarını nümayiş etdirir. Pezeşkian mitinqdə iştirak edən vətəndaşlara təşəkkürünü bildirib və onların sədaqətini yüksək qiymətləndirib.

Pezeşkianin sözlərinə görə, mitinq həm də amerikalı siyasətçilər və muzdlu qüvvələr üçün xəbərdarlıq xarakteri daşıyır.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …