Çərşənbə axşamı , 24 Mart 2026
Drone Cameras

PKK-ya qara xəbər: Onlar da Afrinə girdi – Foto

Afrində terrorçulara ağır zərbələr endirən Türkiyə Silahlı Qüvvələri terrorçuların qorxulu yuxusu olan snayperlərini kütləvi halda bölgəyə göndərib.

Boyukmillet.com Axar.az-a istinadən xəbər verir ki, xüsusi təlim görmüş, hər cür hava şəraitində hədəfi məhv etməyi bacaran türk snayperləri gecə saatlarında belə PKK-çılara göz açmağa imkan vermir.

Snayperlər ərazidə müşahidə apararaq, kəşfiyyat hücumları həyata keçirməyə çalışan terrorçuları vurur və bu yolla həm PKK/PYD-nin qarşısını alır, həm də türk əsgərlərinin təhlükəsizliyini təmin edir.

Türkiyə mətbuatının məlumatına görə, TSQ əməliyyat başlayandan bu vaxta qədər də snayperlərin xidmətindən yararlanıb, lakin son günlərdə bölgəyə cəlb edilən nişançıların sayı kəskin şəkildə artıb.

Check Also

İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib

İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir