Bazar , 15 Noyabr 2026
Drone Cameras

Prezident Əli Nağıyevə general-leytenant rütbəsi verdi – SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizlik Xidmətinin yeni təyin edilmiş rəisi Əli Nağıyevin rütbəsinin artırılması ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilsin.

Check Also

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlanıb

2027-ci il “Büdcə zərfi”ndə göstərilən fiskal risklərlə yanaşı, bir sıra digər amillər də dövlət maliyyə …