Şənbə , 27 Aprel 2024
Drone Cameras

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

Yanvarın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı ilə bağlı Türkiyə Prezidentini təbrik edib.

Türkiyə Prezidenti təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları bu Mərkəzin fəaliyyətə başlamasının bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunması işinə xidmət edəcəyinə əminliklərini bildiriblər.

Telefon söhbəti zamanı noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icra olunduğu məmnunluqla qeyd edilib.

Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyi vurğulanıb.

Dövlət başçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakından məmnunluqlarını bildiriblər.

Azərbaycan və Türkiyə prezidentləri həmçinin pandemiyaya qarşı mübarizədə qarşılıqlı dəstəyin önəmini qeyd ediblər.

Check Also

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

Avropa Birliyinin Parlamenti aprelin 23-ü uyğurların məcburi əməyi nəticəsində istehsal olunan Çin məhsullarının bazara daxil …