Bazar , 15 Noyabr 2026
Drone Cameras

Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 20-də Romadakı “Altare della Patria” memorial kompleksində naməlum əsgər abidəsini ziyarət ediblər.

Boyukmillet.com xəbər verir ki, burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı İlham Əliyev naməlum əsgər abidəsinin önünə əklil qoyub.

Check Also

“Meta” 805 milyon avro məbləğində cərimələndi

İtaliya “Meta”nı 805 milyon avro məbləğində cərimələyib.Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Fərdi …