Bazar , 22 Dekabr 2024
Drone Cameras

Prezident İlham Əliyev və xanımı Nəsimi rayonunda yeni “Qızılgül bağı” parkında yaradılan şəraitlə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 6-da Bakının Nəsimi rayonunda yeni salınan “Qızılgül bağı” parkında yaradılan şəraitlə tanış oldular.

 

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına və xanımına yeni salınan parkda görülən işlər barədə məlumat verdi.

Yeni parkı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin uzun müddət istifadə olumayan Radio Mərkəzinin 1906-cı ildə inşa edilən binasının ərazisində salınıb. Ümumi sahəsi 6300 kvadratmetr olan istirahət parkı dünyanın məşhur şirkətinin dizaynı əsasında layihələndirilib. Təmir işləri yüksək keyfiyyətlə, müasir tələblər səviyyəsində və qısa vaxtda həyata keçirilib. Əvvəllər Radio Mərkəzinin binası kimi fəaliyyət göstərən tikili də yenidən qurulub. İndi bura kafe kimi fəaliyyət göstərəcək. Təmir zamanı qədim binanın tarixi element və fiqurları yüksək keyfiyyətlə bərpa edilib. Bu isə binanın xarici görünüşün qorunub saxlanılmasına, eyni zamanda, müasir memarlıqla uzlaşdırılmasına geniş imkanlar yaradıb. İstirahət məkanı orijinal elementlər və formalarla daha da zənginləşdirilib, bu da parka xüsusi yaraşıq verir.

Yeni salınan parkda Bakı sakinlərinin, şəhərin qonaqlarının mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var. Park yaradılarkən balacalar da yaddan çıxmayıb. Onlar üçün xüsusi istirahət guşəsi, müxtəlif attraksionlar qurulub. Bu istirahət məkanında yaradılan meydança və fəvvarə ərazinin gözəlliyini daha da artırır.

Parkda aparılan abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən geniş yaşıllaşdırma işləri də diqqəti cəlb edir. Bu işlər görülərkən ərazidə mövcud olan çoxillik ağaclar saxlanılıb. Bundan başqa, parkda 200-dən çox müxtəlif növ yeni ağaclar, gül və bəzək kolları əkilib.

Bu cür yeni müasir istirahət ocağının yaradılması Prezident İlham Əliyevin tapşırığı ilə Bakıda parkların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması işinə bir töhfədir. Bu cür layihənin həyata keçirilməsi həm də ümumilikdə paytaxtımızın simasının gündən-günə gözəlləşməsini bütün dünyaya nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir