Bazar ertəsi , 29 May 2023

Prezident ona orden verdi – SƏRƏNCAM

Boyukmillet.com -un məlumatına görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsrafil Mirzəhməd oğlu Qurbanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə İsrafil Mirzəhməd oğlu Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, İ.Qurbanov Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavinidir.

Check Also

Azərbaycan Prezidenti Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini açıqlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağdakı erməni “məmurlar”a hansı hallarda güzəşt oluna biləcəyini açıqlayıb. Boyukmillet.com xəbər verir …