Cümə , 19 İyun 2026
Drone Cameras

Prezident ona orden verdi – SƏRƏNCAM

Boyukmillet.com -un məlumatına görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsrafil Mirzəhməd oğlu Qurbanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə İsrafil Mirzəhməd oğlu Qurbanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, İ.Qurbanov Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavinidir.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …