Bazar , 21 İyul 2019
Home » İdman » Prezident onları da mükafatlandırdı – Fotolar

Prezident onları da mükafatlandırdı – Fotolar

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə bir qrup idman adamını mükafatlandırıb. “Qafqazinfo” xəbər verir ki, ölkə başçısı bir sıra idmançıya Cümhuriyyət medalı verib. 

Belə ki, karateçi Rafael Ağayev, kikboksçu Eduard Məmmədov, taekvondoçu Radik İsayev, paracüdoçular İlham Zəkiyev, Ramil Qasımov, Afaq Sultanova, paraatlet Oluxan Musayev, sərbəst güləşçilər Toğrul Əsgərov və Hacı Əliyev bu mükafata yiyələniblər.

Həmçinin karyerasını bitirən idman veteranlarından Fərid Mansurov (yunan-Roma güləşi), Namiq Abdullayev (sərbəst güləş), Elnur Məmmədli, Nazim Hüseynov (hər ikisi cüdo), Lyudmila Şubina (həndbol), Zemfira Meftahətdinova (atıcılıq), Ceyhun Məmmədov (sambo),  Oleq Panyutin (paraatletika), Natali Pronina (paraüzgüçülük) və Ramin İbrahimova (paracüdo) yubiley medalı verilib.

Cümhuriyyət medalı ilə təltif edilənlər arasında “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov da var.

Check Also

“Neftçi” və “Speranta” komandalarının start heyətləri müəyyənləşib

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində iyulun 18-də keçiriləcək “Neftçi”-“Speranta” (Moldova) …