Cümə , 26 Aprel 2024
Drone Cameras

Prezident Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqı götürdüyü öhdəlikləri yerinə yetirməyib

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov Türkiyə Respublikasına səfər edib.

Boyukmillet.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ali qonaqla Ankarada görüşüb.

Rəcəb Tayyib Ərdoğan və Boyko Borisov Prezident Administrasiyasında birgə mətbuat konfransı keçiriblər.

Tərəflər regional proseslərə, ikitərəfli münasibətlərin inkişafına, eləcə də gündəlikdə duran digər məsələlərə dair mövqelərini bildiriblər. Mehriban qonşuluq siyasətinin qorunmasının vacibliyi vurğulanıb.

Avropa İttifaqını siyasi razılaşmaları pozmaqda ittiham edən Prezident Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, Türkiyə bu vaxtadək ümumilikdə 4 milyondan çox qaçqına ev sahibliyi edib və onların problemlərinə 40 milyard ABŞ dolları vəsait xərcləyib. Avropa İttifaqı isə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …