Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Putinə qarşı sui-qəsdin qarşısı alınıb

Serbiyada Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlayan 21 yaşlı ekstremist saxlanılıb.

boyukmillet.com- un xəbərinə görə, bu barədə Serbiyanın “Pravda” nəşri məlumat yayıb.

Qeyd edək ki, Putin yanvarın 17-də Belqrada səfər edəcək.

Polisdən bildiriblər ki, şübhəli şəxs Armin Alibaşiç Novi-Pazar şəhərindən kənarda Potok qəsəbəsində tutulub.

Onun üzərində optik nişangahla snayperin olduğu çanta hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini çəkib.

A.Alibaşiçin evində aparılan axtarış tədbirləri nəticəsində silah arsenalı, o cümlədən kustar üsulla bombanın hazırlanması üçün kimyəvi maddələr və detonator elementləri aşkarlanıb. Bundan əlavə gəncin evində İŞİD bayrağı və təşkilatın kitabları tapılıb.

Araşdırma zamanı məlum olub ki, Alibaşiç Rusiya liderinin Belqrada səfəri zamanı aksiya keçirməyi planlaşdırıbmış. Qeyd edilir ki, “Putin Rusiyanın İŞİD-ə müharibə elan etməsinə görə hədəf seçilib”

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir